![](uploads/ballohettrik.jpg) Topaz Premyer Liqasının 17-ci turunda AZAL doğma meydanda “Turan”
klubunu qəbul etdi. Qolsuz bərabərliklə başa çatan qarşılaşma komandaların
turnir cədvəlindəki mövqeyinə təsir etmədi – 0:0.
Əfqan Talıbov, “Turan” klubunun baş məşqçisi: “AZAL Premyer
Liqanın güclü komandalardan biridir. Bugünkü oyun çox gərgin alındı. Altılıq
uğrunda bütün komandalar gərgin mübarizə aparır. Xal itirsəydik bizim üçün
yaxşı olmazdı, zədəli və cəzalı futbolçularımız çox idi. Məcburiyyətdən ehtiyat
oyunçuları əsas heyətdə oynatdım”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Gərgin oyun
oldu, qol imkanlarımız olsa da istifadə edə bilmədik. “Turan” da bir neçə
epizodda qapımıza qol vura bilərdi. Qarşıdakı oyunlarda bu xal itkisinin əvəzini
çıxmağa çalışacağıq. Altılıq uğrunda sonadək mübarizə aparmalıyıq”.
|