![](http://www.pfl.az/uploads/tpl.jpg) Topaz Premyer Liqasının 17-ci turunda Gəncəyə səfər edən “İnter” yerli “Kəpəz”i 2-0 hesabı ilə məğlub edərək turnir cədvəlində vahid lider oldu. Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Meydança bərbad
vəziyyətdə olduğu üçün oyunumuz yaxşı alınmadı. Ümumilikdə komanda pis oynamadı, qol imkanlarımız olsa da hamısından yararlana bilmədik. Bundan əlavə rəqib
komandanın qapıçısı da bir sıra epizodlarda komandasını xilas etdi. Azərbaycan
çempionatının oyunları belə meydançalarda oynanmamalıdır. Artıq ölkədə
futbol da inkişaf edir, “Neftçi” Avroliqanın qrup mərhələsində çıxış etdi. Lakin
bu cür meydanlarda futbol oynamaq olmaz”.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Meydançanın
ot örtüyü istənilən səviyyədə deyil. Müdafiəçilərin səhvindən qapımıza iki
qol vuruldu. Bir neçə qol imkanından yararlana bilmədik. Qapıçımızın oyununu
qeyd etmək istərdim, bir neçə dəfə komandanı qoldan xilas etdi”.
|