![](uploads/bkqrbg.jpg) Topaz
Premyer Liqasının 17-ci turunda paytaxtda “Bakı”nın qonağı olan “Qarabağ” rəqibi
ilə qolsuz heç-heçə oynayaraq turnir cədvəlində ilk pilləni əldən verdi - 0:0.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Oyuna
ciddi hazırlaşmışdıq. Hər iki komanda qapalı futbol göstərdi. “Bakı” çox sürətli
oyun göstərir. Bunu “Neftçi” və “Qəbələ” ilə oyunlarda da gördük. Meydanı qol
vurmadan tərk etmirdilər. Biz 3 xal qazanmaq istəyirdik. Amma heç-heçəni də pis
nəticə saymıram”.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Hesabdan
razı deyiləm. Meydana 3 xal üçün çıxmışdıq, amma qələbə qazana bilmədik. Futbolçularımız
əzmkar oynadı, cinahlardan yaxşı hücumlar qurduq. Amma cərimə meydançasında
bunlardan istifadə edə bilmədik. Komandam təcrübə baxımından yaxşı idi. Əsas 3
xal idi, amma təəssüf ki, onu qazana bilmədik. Komandamızda zəif futbolçu
yoxdur. Axırıncı 6 oyunda 5 qol vurmuşuq. Amma hücumçuya ehtiyacımız var”.
|