![](uploads/neftciyeni.jpg) Topaz
Premyer Liqasının 16-cı turunda “Neftçi” doğma meydanda “Rəvan”la qarşılaşdı. Hər
hissədə bir qol vuran “ağ-qaralar” rəqibini 2-0 hesabı ilə məğlub edərək növbəti
ev qələbəsini qazandı.
Kemal Alispahiç, “Rəvan” klubunun baş məşqçisi: “İlk yarım
saatda komandam çox yaxşı oynadı. İkinci hissədə isə ruhdan düşdü. Qapımıza
vurulan qollar bizim səhvimiz idi”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Futbol
elmdir. Əgər bu prosesdə 5-6 prosedurdan keçirsənsə, bu, artıq oyun deyil. Elə
rəqib var ki, asandır, elə rəqib də var ki, münasib deyil. “Rəvan” belə
komandalardandır. Artıq Avroliqa macərası başa çatıb, hədəf Premyer Liqadır.
Dekabrın sonuna kimi bütün oyunlarımızı qələbə ilə bitirmək istəyirik. “Rəvan”
bu gün nə oynadı ki, nə də qələbə qazansın”.
|