![](uploads/44850Ayın qolu misli.jpeg) Peşəkar Futbol Liqası və “Misli” “ayın qolu” layihəsinə start verir. Layihə çərçivəsində avqust ayı da daxil olmaqla mövsüm ərzində hər ay PFL tərəfindən Misli Premyer Liqasında ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək. Qalibə “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunacaq.
|