![](http://www.pfl.az/uploads/tpl.jpg) Topaz
Premyer Liqasının 16-cı turunda “Simurq” doğma meydanda “Xəzər Lənkəran”ı qəbul
etdi. İkinci hissənin əvvəlindən azlıqda qalan rəqibi qarşısında hesabdakı iki
topluq üstünlüyü qoruya bilməyən Zaqatala təmsilçisi yekunda 1 xalla kifayətlənməli
oldu – 2:2.
Karles
Bakes, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyun çox çətin oldu, azarkeşlər
maraqlı qarşılaşma izlədilər. İkinci topu qapımızdan buraxsaq da, komandamız
yaxşı oynadı. Yekunda hesabı bərabərləşdirə bildik. “Simurq” klubuna qarşıdakı
oyunlarda uğurlar arzulayıram”.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyun çox maraqlı keçdi. İkinci qolu
qapımızdan buraxmalı deyildik. “Xəzər Lənkəran” güclü komandadır, gələcək
oyunlarda uğurlar arzulayıram”.
|