![](uploads/interazal.jpg) Topaz Premyer Liqasının 16-cı turunda “İnter” doğma meydanda
AZAL komandasını qəbul etdi. Qarşılıqlı hücumlar şəraitində keçən paytaxt
derbisi qolsuz heç-heçə ilə başa çatdı – 0:0.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Maraqlı oyun
oldu, hər iki komandanın futbolçuları qalib gəlmək üçün əlindən gələni etdi. Bəlkə
də, çox adam bizim müdafiədən oynayacağımızı düşünürdü. Lakin futbolçularıma
pressinq tətbiq etməyi tapşırmışdım. Fikrimcə, nəticə oyuna görədir”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Çox gərgin
oyun oldu, ilk hissədə üstünlük tərəfimizdə idi. İkinci hissədə isə çoxlu səhvlərimiz
oldu. AZAL əks-hücumlarda əla oynadı və bir neçə qol imkanı əldə etdi. Əvəzetmədən meydana
daxil olan futbolçular oyunun gedişini dəyişə bilmədilər. Hücumda öz oyunumuzu
yaxşılaşdırmalıyıq, səhvlərimiz üzərində çalışacağıq”.
|