Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə “Olimpiya”nı (Sloveniya) qəbul edib. Rəqibiylə 1:1 hesablı heç-heçəyə razılaşan ağdamlılar iki oyunun nəticəsinə görə 3:1 qalib gələrək Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində iştirak edəcək.
|