![](uploads/qebelefanat.jpg) Topaz
Premyer Liqasının 16-cı turunda “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşdı. Rəqibini
minimal hesabla məğlub edən “Qəbələ” turnir cədvəlində mövqeyini möhkəmlətdi.
Ramiz
Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Futbolçularımı təbrik edirəm,
verdiyim tapşırıqları yerinə yetirdilər, qələbə qazandıq. Təəssüf ki,
Çertoqanov qırmızı vərəqə alaraq komandanı azlıqda qoydu. Onun barəsində tədbir
görəcəyik. “Bakı” ilə oyunda itirdiyimiz üç xalı bu gün geri qaytardıq. Son
turdakı acı məğlubiyyət uşaqları mənəvi cəhətdən “sındırmışdı”. Futbolçularla fərdi
söhbət etmişdim, psixoloji gərginlikdə idilər. Bugünkü oyundan razı qalmasam
da, nəticə məni qane edir. Hal-hazırda çempionatın elə zamanıdır ki, bizə əsas
nəticə lazımdır”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyun boyu komandam daha effektiv
oynadı, qol imkanları yaratdıq, lakin yararlana bilmədik. Futbolçularıma qol
imkanlarından istifadə etmək üçün təcrübə çatışmır”.
|