![](http://www.pfl.az/uploads/pfl.jpg) “Turan” FK-nın PFL-ə ünvanladığı məktubunda 07 dekabr
2012-ci il tarixində Tovuz şəhər stadionunun inzibatı binasında yanğın hadisəsinin
baş verdiyi, komandaların paltardəyişmə otaqlarının yararsız hala
düşdüyü və təmir üçün müəyyən müddət tələb olunduğu bildirilmişdir. Bundan
sonra PFL Qərb Regional Futbol Federasiyasının prezidenti Mehdi Salmanova
mürəciət edərək stadiona baxış keçirməyi və baş vermiş hadisə ilə əlaqədar
olaraq öz rəyini bildirməyi xahiş etmişdir. Yuxarıda göstərilənləri, QRFF-in
prezidentinin rəyini, hadisənin nəticələrini əks etdirən görüntüləri və “Bakı”
FK-nın razılıq məktubunu nəzərə alaraq
Ə
M R E D İ R Ə M:
Topaz Premyer Liqasının XVI turunun “Turan” – “Bakı” matçı
10 dekabr 2012-ci il tarixindən başqa tarixinə keçirilsin.
PFL-in prezidenti
R.
Musayev
![](http://pfl.az/uploads/untitled folder/yangin1.JPG)
![](http://pfl.az/uploads/untitled folder/yangin2.JPG)
|