![](uploads/qarabagyeni.jpg) Topaz Premyer Liqasının 16-cı turuna “Qarabağ” – “Kəpəz”
oyunu ilə start verildi. Rəqibini 3-1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi
turnir cədvəlində liderliyi ələ keçirdi.
Mehman Hacıyev, “Kəpəz” klubunun məşqçisi: “Ölkənin ən güclü
komandasına qarşı oynadıq. Ustalıq səviyyəsində rəqibə uduzduq. “Qarabağ”ı qələbə
münasibəti ilə təbrik edirəm”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bu mövsüm
“Kəpəz”lə artıq üçüncü dəfədir ki, qarşılaşırıq. Bu, bizim ilk qələbəmiz oldu.
Rəqibimizdə müəyyən problemlər olduğundan əsasən gənc futbolçulara güvənmişdi.
İnanıram ki, Mahmud Qurbanov komandanı dirçəldə biləcək. Qış fasiləsinədək iki
vacib oyunumuz qalıb, gücümüzü toparlayıb bu oyunlara yaxşı hazırlaşmağa
çalışacağıq”.
|