![](uploads/tpl.jpg) Topaz
Premyer Liqasının VI turundan təxirə salınmış oyununda “Xəzər Lənkəran” doğma
meydanda “Bakı” ilə qarşılaşdı. İkinci hissənin sonlarına yaxın tərəflərin
vurduğu qarşılıqlı qollar hər komandaya 1 xal qazandırdı – 1:1.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Keyfiyyətli oyun oldu, komandamız
taktiki cəhətdən yaxşı oynadı. Gözəl qol vursaq da, qələbəni sonadək saxlaya bilmədik.
Rəqibi əks-hücumlarda tuta bilərdik. Hər iki komandanın yaxşı oynadığını düşünürəm”.
Karles
Bakes, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Həmkarımla razıyam, hər iki
komanda taktiki cəhətdən gözəl oyun göstərdi. Qol imkanlarına görə qələbəyə
layiq tərəf idik. Rəqibin mümkün əks-hücumlarının qarşısını almaq üçün
çalışmışdıq. Hücumlar zamanı cinahlardan daha çox istifadə edirik, lakin
bitirici vuruş alınmır. Gərək on qol epizodu yaradaq ki, bunun birindən
yararlana bilək. Bunu aradan qaldırmaq üçün məşqlərdə daha çox işləməli, sona
kimi hazırlaşmalıyıq”.
|