Unibank Premyer Liqasının XXII turunda "Neftçi" səfərdə "Turan" üzərində minimal hesablı qələbə qazandı. Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: ““Turan” həmişə əzmkar oyunu ilə diqqət çəkir. Üç
xalı biz qazansaq da, rəqibimiz bu gün yaxşı oyun göstərdi. Gözəl oyun azarkeşlərin də sevincinə səbəb oldu. Meydana itkilər ilə çıxsaq da,
futbolçularım yaxşı oyun göstərdi. Bugünkü oyuna görə “Turan”ı təbrik edirəm”.
Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Futbolçularım
yaxşı oyun göstərsələr də, “Neftçi” qalib gəldi. Gələcək oyunlarda çalışacağıq
ki, yaxşı oynayaq və qələbə qazanaq”.
|