![](uploads/46931aaaa.jpg) UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində klublarımız növbəti oyunlarını keçirib. Səfərdə RFŞ-ə (Latviya) 2:0 qalib gələn “Sabah” öz meydanında da rəqibini üstələyib – 2:1. “Tələbələr”in qollarına Coy Lens Mikels və Emmanuel Apeh imza atıb.
Bosniya və Herseqovinada “Jelezniçar”la 2:2 hesablı bərabərliyə razılaşan “Neftçi” Bakıda rəqibini məğlub edərək (2:0) növbəti mərhələyə yüksəlib. “Ağ-qaralar”ın qollarının müəllifləri Kenni Sayef və Eddi İsrafilov olub.
Qəbələdə “Omoniya”ya (Kipr) 2:3 uduzan “Qəbələ” səfərdə də məğlub olub -1:4. “Qırmızı-qaralar”ın yeganə qolunu Ahmed Ayzaya vurub.
Qeyd edək ki, “Sabah” III təsnifat mərhələsində “Partizan” (Serbiya), “Neftçi” isə “Beşiktaş”la (Türkiyə) qarşılaşacaq.
|