Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə “Linkoln”u (Cəbəllütariq) qəbul edən “Qarabağ” darmadağına sevinib. İlk matçda rəqibi 2:1 məğlub edən ağdamlılar 2-ci oyunda da qələbəyə sevinib – 4:0. Qurban Qurbanovun komandasının heyətində Abdullah Zubir, Bəhlul Mustafazadə, Redon Cica və Marko Yankoviç fərqlənib.
Qeyd edək ki, “köhlən atlar” II təsnifat mərhələsində “Rakuv”la (Polşa) qarşılaşacaq.
|