Bu həftə keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə 2022/23 mövsümünə yekun vurulacaq. Həlledici qarşılaşmada “Neftçi” və “Qəbələ” üz-üzə gələcək. Peşəkar Futbol Liqası bu cütün ölkə kubokundakı oyunlarının balansını təqdim edir.
Azərbaycan Kuboku
Final
3 iyun
“Neftçi” – “Qəbələ” – 5 oyun, +1=3-1, top fərqi – 6-7 İndiyədək komandaların yolları üç dəfə kəsişib. 9 il əvvəlki finalda “Neftçi” penaltilərlə qalib gəlib. Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ keçib.
2013/14
|
final
|
Qəbələ - Neftçi (Bakı)
|
1:1, p. 2:3
|
2015/16
|
1/2 final
|
Neftçi (Bakı) - Qəbələ
|
1:1, 1:1, p. 4:3
|
2017/18
|
1/2 final
|
Qəbələ - Neftçi (Bakı)
|
1:2, 3:1
|
|