![](uploads/UEFA.jpg) UEFA Avropa Liqasında ölkəmizi təmsil edən "Neftçi" klubu bu gün saat 10:00-da İtaliyaya yola düşüb. Bakı vaxtı ilə saat 22:00-da "Cüzeppe Meazza" stadionunda oyun öncəsi son məşqinə çıxacaq təmsilçimizin yerli "İnter"lə oyunu dekabrın 6-da saat 00:05-də başlayacaq. Məşqdən yarım saat əvvəl isə "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandıracaq.
|