Futbol üzrə Azərbaycan I Divizionda 2022/2023 mövsümünün gümüş mükafatçısı “Neftçi-2” komandası medallarına qovuşub. Misli Premyer Liqasının XXXVI turunun “Neftçi” – “Sabah” oyunundan əvvəl komanda mükafatlandırılıb. “Neftçi-2”yə medalları PFL prezidenti Elxan Səmədov, “Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev və klubun müşahidə şurasının üzvü Səməd Qurbanov təqdim edib.
|