![](http://www.pfl.az/uploads/pfl.jpg) İntizam
Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:
Topaz Premyer Liqasının XV turunun “Neftçi” – “Qarabağ”
matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Oyunun 30-cu dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən
meydançaya pirotexniki vasitə atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə
52).
Topaz Premyer Liqasının XV turunun “Qəbələ” – “Bakı”
matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” – AZAL
matçının 34-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 16 №-li futbolçusu Adrian
Pitə simulyasiyaya görə sarı vərəqə göstərilmişdir. Lakin matçın video yazısını
izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilmişdir. Bu
səbəbdən də Adrian Pitə göstərilən sarı vərəqə ləğv edilir (maddə 19).
Əvəzedici heyətlərinin XV turunun “Sumqayıt” – “Simurq”
matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
500 manat cərimə olunur (maddə 40).
Oyunun 60-cı dəqiqəsində “Simurq” klubunun 3 №-li futbolçusu
Elçin Süleymanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərinin XV turunun “Xəzər Lənkəran” – AZAL oyununun
20-ci dəqiqəsində AZAL klubunun 5 №-li futbolçusu Aydın İslamov kobud oyuna görə
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərinin XV turunun “Turan” – “Kəpəz”
oyununun 28-ci dəqiqəsində “Turan” klubunun 6 №-li futbolçusu Sənan
Qocayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərinin XV turunun “Qəbələ” – “Bakı”
oyununun 81-ci dəqiqəsində “Qəbələ” klubunun 48 №-li futbolçusu Əziz
Hüseynovla “Bakı” klubunun 5 №-li futbolçusu Haqverdi Yusifov bir-birini
təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları
üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 1000 manat cərimə olunur (maddə
42.1).
Azərbaycan kubokunun 1/8 final “Turan” – “Xəzər Lənkəran”
matçının 90+3-cü dəqiqəsində “Turan” klubunun 1 №-li futbolçusu Andrey Popoviç
sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 116-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 10 №-li
futbolçusu Elnur Abdullayev komanda yoldaşını təhqir etdiyinə görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3
oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).
|