Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası
(İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq cədvəlini açıqlayıb. 451
komandanın yer aldığı siyahıda 2 Azərbaycan komandası da var.
Bu siyahıda ölkəmizi təmsil edən “Neftçi” 44 pillə irəliləyərək 213-cü yerə
qalxıb. “Ağ-qaralar”ın aktivində 87 xal var. “Neftçi”nin Avroliqanın qrup mərhələsindən
rəqiblərindən İtaliya “İnter”i 28-ci (194 xal), “Rubin” 72-ci (144 xal),
“Partizan” isə 139-cudur (106 xal). Digər təmsilçimiz “İnter” də 7 pillə
irəliləyərək, 420-ci yerə qalxıb - 62 xal.
|