Topaz Premyer Liqasının XV turuna “Xəzər Lənkəran”
- AZAL qarşılaşması ilə yekun vuruldu. Bazar günü güclü duman səbəbi ilə 54-cü
dəqiqədə yarımçıq qalmış oyunun davamı dekabrın 3-də oynanılıb.
Oyunun sonlarına yaxın ev sahibi komandanı məyus edən Zohair Benouahi
komandasına səfər qələbəsini təmin edib - 2:1. Karles Bakes, “Xəzər Lənkəran” klubunun baş
məşqçisi: “Oyunun dünən yarımçıq qalması bizim əleyhimizə işlədi. Çünki, dünən
biz üstün oyun oynayırdıq. Bu gün AZAL daha yaxşı oynadı və layiqli qələbə
qazandı”. Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Həmkarımla
razıyam, dünənki oyunda “Xəzər Lənkəran” daha üstün oynayırdı. Bu gün tamam fərqli
oyun göstərdik, daha yaxşı oynadıq və qələbə qazandıq. Hücum futboluna üstünlük
verdik, bunun bəhrəsini gördük. Bir neçə tur idi ki, qalib gələ bilmirdik, bu
qalibiyyət bizim üçün önəmlidir. Axşam rəqibin oyununu araşdırdıq və bugün
oyunumuzu dəyişdirdik”.
|