Topaz Premyer Liqasının XV turunun mərkəzi oyununda “Qarabağ”
səfərdə “Neftçi”ni 1-0 hesabı ilə məğlub edərək turnir cədvəlində üçüncü pilləyə
yüksəldi – 1:0.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Vacib üç
xal qazandıq, çox çətin oyun oldu. “Neftçi” əla oynadı, sona kimi mübarizə
apardı. Topla çox yaxşı davranırlar, buna görə bizə müəyyən çətinliklər
yaratdılar. “Neftçi”nin əvvəlki oyunlarını izləmişdim, bu gün əmin oldum ki,
çox yaxşı komandadır. Futbolçularım sona kimi mübarizə apardı, müdafiədə diqqətli
oynadıq. Çempionat hər tur daha da maraqlı olur. Fikrimcə, altılıq komandaları
son turda müəyyənləşəcək”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “”Qarabağ”
yaxşı komandadır, yaralı aslanı xatırladır. Rəqibimiz, düzgün olaraq, müdafiədən
oynadı, əldə etdiyi qol imkanından maksimum yararlandı. Hücumların sonluğun gətirə
bilmirdik. Düşünürəm ki, “Neftçi”yə rəqib elə “Neftçi”nin özüdür. Çempionatda “Neftçi”yə
rəqib olmadığını may ayında bir daha sübut edəcəm. İnanıram ki, komanda bu məğlubiyyətdən
sonra toparlanacaq”.
|