Topaz
Premyer Liqasının XV turunda doğma meydanda “Rəvan”la qarşılaşan “İnter” rəqibini
2-0 hesabı ilə məğlub edərək turnir cədvəlinin lideri “Simurq”la xallarını bərabərləşdirdi.
Kemal Alispahiç , “Rəvan” klubnun baş məşqçisi: “Bu gün
meydanda gözəl oyun oldu. Oyun qarşılıqlı hücumlarla keçirdi. Uduzmağımıza
baxmayaraq sonadək mübarizə apardıq. Penalti epizoduna futbolçumuz əllə
oynamışdı. Adi bir epizod idi. Həmin epizoddan sonra komanda sındı. Artıq nə qədər
çalışsaq da, bərabərlik qolunu vura bilmədik. Bir neçə dəyişikliyə əl atsaq da,
nəticədə heç bir dəyişiklik olmadı. Müdafiədə boşluqlar verdik. “İnter” ikinci
qolu vurdu, qalib gəldi. İndi elə vəziyyət yaranıb ki, bütün komandaların “ilk
altılğ”a düşmək şansı var. Təəssüf ki, məğlub olduq. Amma azarkeşlər gözəl oyun
izlədilər”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: ““Rəvan”ın
oyununu təhlil etmişdim. Onlar topu özündə çox saxlayan komandadır. Qısa ötürmələrlə
bir-birlərini yaxşı başa düşürlər. İstədiyimiz qolu vursaq da, rəqib mərkəzdə
daha yaxşı oynayırdı. Ona görə, biz də “Rəvan”a boşluqlar verirdik. Sonda qalib
gəldik, əsas odur ki, öz oyunumuzu göstərə bildik. Komandamı təbrik edirəm. Rəqibə
də, gələcək oyunlarda uğurlar arzu edirəm”.
|