Topaz
Premyer Liqasının 15-ci turunda “Turan” doğma meydanda “Kəpəz”i 5-1 hesabı ilə
məğlub etdi.
Mehman
Hacıyev, “Kəpəz” klubunun məşqçisi: “”Turan” komandasını qələbə ilə təbrik edirəm.
Azarkeşlər bizi oyun boyu dəstəklədikləri üçün təşəkkürümü bildirirəm. Oyuna
yaxşı hazırlaşsaq da yekunda məğlub olduq”.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “Hamımıza doğma olan “Kəpəz” komandası
ilə qarşılaşdıq, oyuna çox yaxşı hazırlaşmışdıq. Komanda artıq oyunun ikinci dəqiqəsindən
uğurlu başladı və sona kimi bunu davam etdirdi. “Kəpəz”ə qarşıdakı oyunlarda
uğurlar arzulayıram”.
|