Topaz
Premyer Liqasının 15-ci turunda Sumqayıtda eyniadlı komandanın qonağı olan “Simurq”
minimal hesablı qələbə qazanaraq turnir cədvəlində liderliyini qorudu – 1:0.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Hesabı biz açdıqdan sonra rəqib
komanda təzyiqi artırdı, hər iki komanda sona kimi mübarizə apardı. AZAL ilə
kubok oyunundan sonra çox yorğun idik. Bizim üçün 3 xalı qazanmaq vacib idi,
buna nail olduğumuz üçün komandanı təbrik edirəm”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “”Simurq”a qarşı oyunlarımız həmişə
eyni cür olur. Çox çətin oyun oldu, yekunda da bir top fərqi ilə məğlub olduq.
Bizim səhvimizdən istifadə edib qələbə qolu vurdular”.
|