Topaz
Premyer Liqasınən 15-ci turunda “Bakı” səfərdə “Qəbələ”ni 2-0 hesabı ilə məğlub
edərək turnir cədvəlində bir pillə irəlilədi.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Çox çətin oyun oldu, futbolçuların oyunundan
razıyam. İlk hissəyə pis başladıq, lakin hesabı bizim açmağımız yaxşı oldu.
Bundan sonra komanda daha yaxşı oynadı. “Qəbələ” komandasını gözəl oyuna görə təbrik
edirəm. Biz isə qələbəni bu gün ad gününü qeyd edən klubumuzun prezidenti Hafiz
Məmmədova həsr edirik”.
Ramiz
Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Komandamdan razıyam, ilk hissədə 3
real qol imkanı yaratdıq. Təəssüf ki, bundan faydalana bilmədik. İkinci hissədə
isə daha çox imkanımız oldu və bunlardan da istifadə edə bilmədik. Dodo və Rəşadın
bu gün heyətdə olmaması oyunumuza təsir etdi. Yolumuza davam edirik, gələcək
oyunlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”.
|