![](uploads/89763narıncı misli.jpg) Misli Premyer Liqasının XXXIII turun oyun cədvəli açıqlandı. Üç günü əhatə edəcək turun görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
5 may (cümə)
“Kəpəz” – “Sabah” Qəbələ şəhər stadionu, 18:00
6 may (şənbə)
“Şamaxı” – “Zirə” Şamaxı şəhər stadionu, 16:30
“Qarabağ” – “Qəbələ” “Azersun Arena”, 19:00
7 may (bazar)
“Turan Tovuz” – “Neftçi” Tovuz şəhər stadionu, 15:00
“Sumqayıt” – “Səbail” “Kapital Bank Arena”, 19:00
Qeyd: Gəncə şəhər stadionunun ot örtüyündə aparılan yenidənqurma işləri davam etdiyi və stadion 33-cü turun oyununa hazır olmayacağı üçün “Kəpəz” – “Sabah” oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.
|