Azərbaycan
kubokunun 1/8 final mərhələsində I Divizion təmsilçisi “Neftçala” ilə
qarşılaşan “Rəvan” əzmkar oyun göstərərək hesabda geri düşdüyü oyunda 2:1
hesablı qələbə qazanaraq ¼ finala yüksəldi.
Hüseynqulu
Quliyev, “Neftçala” klubunun baş məşqçisi: “Hər bir futbolçuma layiqli mübarizə
əzminə görə, göstərdiyi oyuna görə təşəkkür edirəm. Mərhələ keçə bilmədik,
bizim üçün çətin oyun oldu. “Rəvan” klubuna qarşıdakı oyunlarda uğurlar
arzulayıram”.
Kemal
Alispahiç, “Rəvan” klubunun baş məşqçisi: “Bəziləri futbolda nəticənin əsas
olduğunu düşünürlər. Mənim üçün komandanın gözəl oyun göstərməsi daha vacibdir.
Komandamın bugünkü oyunundan narazı qaldım, ola bilər ki, futbolçular psixoloji
cəhətdən oyuna hazırlaşa bilmədilər. Son dəqiqədə qələbə qolunu vurduq, mərhələ
keçdik. “Neftçala” bu cür oynamağa davam etsə gələn mövsüm Premyer Liqada bizim
rəqibimiz olacağına inanıram”.
|