Azərbaycan kubokunun 1/8 final mərhələsinin
oyunları çərçivəsində “Bakı” doğma meydanda “Sumqayıt”ı qəbul etdi. Rəqibini
3:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi növbəti mərhələyə yüksəldi.
Bernhard Raab, “Sumqayıt” klubunun
baş məşqçisi: “Rəqib
baş məşqçini qələbə münasibəti ilə təbrik edirəm. Oyundan əvvəl heyətdə bəzi
problemlərimiz var idi. Qapımızda gördüyümüz iki qolda müdafiəçilərim pis
oynadı. Lakin ikinci hissədə “Sumqayıt” yaxşı oyun nümayiş etdirdi. Heyəti
nəzərə alsaq, qeydə alınan nəticəni ədalətli saya bilərik”.
Bojidar Bandoviç, “Bakı” klubunun
baş məşqçisi: “Ümumiyyətlə komandamdan razı qaldım. Kubok oyununa görə
bəzi gənclərə də bu oyunda yer vermişdim. Əsas heyət oyunçularından bir
neçəsinə istirahət verdim. 3:0 hesablı nəticədən sonra bir sıra yerdəyişmələr
etdim. Ümumi götürəndə oyundan razıyam. Əvəzedicidən 3-4 oyunçuya şans verdim.
Bundan sonra gənclər üçün də fürsət yaradacam".
|