Azərbaycan
kubokunun 1/8 final mərhələsində “Turan”la qarşılaşan “Xəzər Lənkəran” dramatik
məcrada keçən matçda oyunsonrası penaltilərlə növbəti mərhələ yüksələn tərəf
oldu.
Karles
Bakes, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “İlk dəqiqələrdə qol buraxdıq,
lakin sona qədər ümidimizi itirmədik, mübarizə apardıq. Oyunun son saniyələrində
hesabı bərabərləşdirə bildik. Həm oyunumuza görə, həm də yaratdığımız qol
epizodlarına görə layiqli qələbə qazandıq. Azarkeşlərimiz uzun yol qət edib
bura gəlmişdilər, dəstəyə görə onlara təşəkkürümü bildirirəm. Gələcək oyunlarda
da onları sevindirməyə çalışacağıq”.
Nizami Ocaqverdiyev, “Turan” klubunun məşqçisi: “Oyun gərgin mübarizə şəraitində keçdi.
Komandam yaxşı oynadı, futbolçulardan razıyam. “Xəzər Lənkəran”ı növbəti mərhələyə
keçməsi ilə təbrik edirəm”.
|