Azərbaycan
kubokunun 1/8 final mərhələsində I Divizion təmsilçisi “Qaradağ Lökbatan”ı 2:0 hesabı ilə məğlub edən “Qəbələ” ¼ finalda “Qarabağ”ın
rəqibi oldu.
Adil
Mahmudov, “Qaradağ Lökbatan” klubunun baş məşqçisi: “Ciddi rəqiblə qarşılaşdıq,
“Qəbələ” ölkə çempionatında iddialı komandadır. Çətin oyun olacağını bilirdik.
Komandam yaxşı oynadı, lakin müdafiəmizdə müəyyən boşluqlar oldu ki, rəqib də
bundan yararlandı”.
Ramiz
Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Rəqibimiz güclü komandadır,
iddialıdır. Bu gün yaxşı oyun göstərdilər. Heyətdə müəyyən dəyişikliklər
etmişdik, gənc futbolçulara şans verdik. Onların oyunundan razı qaldım”.
|