Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində
“Qarabağ” səfərdə “Kəpəz”in
qonağı oldu. Əsas vaxtı qolsuz bərabərliklə başa çatan qarşılaşmanın əlavə
vaxtında rəqib qapısından iki qol keçirən Ağdam təmsilçisi növbəti mərhələyə
adlayan tərəf oldu.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Kubok oyunları çempionat
oyunlarından həmişə fərqlənir. Oyuna ciddi hazırlaşmışdıq, lakin bu cür
meydanda nə biz, nə də “Kəpəz” yaxşı oyun göstərə bilmədi. Bu mövsüm ərzində ən
çox güc sərf etdiyimiz oyun oldu. Meydança ağır idi, lakin qalib gəldik. İrəlidə
bizi “Neftçi” ilə çətin oyun gözləyir”.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Kubok oyunu bir oyundan ibarətdir. Öz
meydanımızda oynamağımız üstünlüyümüz idi. “Qarabağ” topu özündə saxlamağı
xoşlayan komandadır. 90 dəqiqə bərabər oyun getdi, təəssüf ki, əlavə vaxtda məğlub
olduq. “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi öz sözünü dedi. Komandanın
oyunundan, mübarizə ruhundan razıyam. Komandanı qışda gücləndirmək lazımdır,
bizə oyunun gedişini dəyişə biləcək oyunçular, lider lazımdır”.
|