Misli Premyer Liqasında XXVII turun oyun cədvəli məlum oldu. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
15 mart (çərşənbə) “Zirə” – “Sabah” Zirə İdman Kompleksinin stadionu, 20:30 “Sumqayıt” – “Qarabağ” “Kapital Bank Arena”, 18:00
16 mart (cümə axşamı)
“Neftçi” – “Kəpəz” “Bakcell Arena”, 19:00 “Səbail” – “Turan Tovuz” “ASCO Arena”, 16:00
17 mart (cümə)
“Qəbələ” – “Şamaxı” Qəbələ şəhər stadionu, 17:00
Qeyd: Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 24 mart Avstriyaya, 27 mart İsveçrəyə qarşı keçirəcəyi oyunlara daha yaxşı hazırlaşması ilə əlaqədar olaraq yığmanın məşqçilər korpusunun müraciətinə əsasən, Misli Premyer Liqasının XXVII turunun oyunları 17-19 mart tarixindən 15-17 mart tarixinə keçirilib.
|