Misli Premyer Liqasının XXIV turu Vüqar Mustafayev üçün əlamətdar olub. “Sumqayıt”ın müdafiəçisi çempionatda 200-cü matçını keçirib.
29 yaşlı futbolçunun yubileyi “Kəpəz”lə ev görüşünə (1:2) təsadüf edib. O, Premyer Liqadakı 200 oyunda 2 qol vurub.
Mustafayevin debütü 2013/14 mövsümündə “Bakı”da gerçəkləşib. O, Premyer Liqada 5 klubun formasını geyinib. Müdafiəçi paytaxtın eyniadlı klubunda 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da 87 oyun keçirib. Vüqar “Qarabağ” və “Zirə”də qol vurub.
|