UEFA Avropa Konfrans Liqasının pley of mərhələsində “Gent”in (Belçika) qonağı olan “Qarabağ” məğlub olaraq Avropada mübarizəni dayandırıb. İlk oyunda Bakıda rəqibindən 1-0 üstün olan “köhlən atlar” səfərdə 1-0 yeniliblər. 120 dəqiqə baş tutan matçdan sonra penalti zərbələri yerinə yetirilib. Qurban Qurbanovun komandası penaltilərdə 3:5 məğlub olaraq avrokuboklarda çıxışını başa vurub.
|