“Sabah” Misli Premyer Liqasının 2022/23 mövsümündə 50-ci qolunu vurub. Yubiley topu XXII turun “Qarabağ”la oyununa təsadüf edib – 1:1. Bu qolun müəllifi Bəxtiyar Həsənalızadə olub. “Sabah” tarixində ilk dəfə bir mövsümdə “100”ü yarılayıb. Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır. 1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub. “Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb. “Azersun Arena”dakı heç-heçə “Sabah”ın Premyer Liqada 30-cu sülhü olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı səfərə təsadüf edib.
|