Peşəkar Futbol Liqası və “Insports.tv” beynəlxalq şirkəti arasında rəsmi müqavilə bağlanılıb. Belə ki, 2022/2023 mövsümünün sonuna qədər Misli Premyer Liqası və I Divizion yarışlarının internet üzərindən yayımı yalnız “Insports.tv” saytı və tətbiqində mümkün olacaq. Qeyd edək ki, “InStat” şirkətinin tərkibində olan “Insports.tv” 2018-ci ildən fəaliyyət göstərir və müxtəlif ölkələrin futbol, futzal, reqbi kimi bir sıra idman növlərinin çempionatlarını internet üzərindən canlı yayımlayır.
|