Futbol üzrə Azərbaycan I Divizionda XVI tura yekun vuruldu. Turun nəticələri aşağıdakı kimidir:
7 fevral (çərşənbə axşamı)
“Kəpəz-2” 1–0 “Zirə-2” (Elnur Cəfərov, 90+1)
“Şamaxı-2” 2-3 “Turan Tovuz-2” (Qurban Səfərov, 27; Tapdıq Əhmədov, 51 // Nazim Həsənzadə, 70; Akif Tağıyev, 71; Rəşad Əliyev, 83)
“İmişli” 0-2 “Qəbələ-2” (Rauf Məhərrəmov, 51; Xəyyam Məmmədli, 90+3)
8 fevral (çərşənbə)
“Qarabağ-2” 1–2 “Araz Naxçıvan” (Hüseyn Hüseynli, 13 // Orxan Əliyev, 63, 71)
“Zaqatala” 2–2 MOİK (Bəhruz Teymurov, 83; Cəlal Cəbrayılov, 90+4 // Muxtar Nəzərli, 3; Elşən Veysov, 81)
“Səbail-2” 3–0 “Qaradağ Lökbatan” (Taleh Qarayev, 9; Xəyal Bədirov, 25; Balamirzə Soltanov, 59)
“Neftçi-2” 2–1 “Mingəçevir” (Aqşin Abazərov, 81; 89 // İbrahim Camalov, 42)
|