Topaz
Premyer Liqasının XIV turunda AZAL doğma meydanda “Sumqayıt”la qarşılaşdı.
Komandaların hərəyə bir dəfə fərqləndiyi oyunda 1:1 hesablı bərabərlik qeydə
alındı.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı oyunun şahidi olduq. Keçən
turdakı məğlubiyyətdən sonra bu oyuna daha ciddi hazırlaşmışdıq. Hər iki
komanda hücum futbolu oynadı. AZAL-ın qol vurmaq üçün imkanı bizdən daha çox
idi. Bir xal qazana bildik, hər iki komandanı təbrik edirəm”.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “”Sumqayıt” güclü komandadır, bizimlə oyunları həmişə gərgin mübarizədə keçir. Heç-heçəni yaxşı nəticə saymaq olar. Gələcək
oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq. Müəyyən problemlərimiz var. İlk
altılığa düşmək üçün sona qədər mübarizə aparacağıq”.
|