Topaz
Premyer Liqasının XIV turu paytaxt derbisi ilə yadda qaldı. “Bakı” və “Neftçi”nin
qarşılaşmasında qonaqlar qələbəni qeyd etdi - 2:1.
Tərlan Əhmədov,
“Neftçi” klubunun məşqçisi: “Avroliqanın son oyunundan sonra komandanın bərpa
olması üçün vaxt yox idi. Artıq bizim üçün çempionat oyunları vacibdir.
Qarşımıza 3 xal qazanmaq məqsədi qoyulmuşdu. Bu cür oyunlar Premyer Liqaya rəng
qatır. Qarşıdakı oyunlara da qələbə əzmi ilə çıxacağıq. Avroliqa artıq tarixdə
qaldı, yeni tarix yazmaq üçün, Çempionlar Liqasında çıxış etmək üçün qələbələr
qazanmalıyıq. Bugünkü oyunda Mahir Şükürov və Erik Ramos çıxış etməsə də,
onları əvəzləyən futbolçular uğurlu çıxış etdilər”.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Çox güclü rəqiblə qarşılaşdıq, baxımlı
oyun alındı. Komandamdan razı qaldım, xüsusi ilə ikinci hissədə yaxşı oynadıq.
Qol vurub hesabda irəli çıxdıq. İkinci qolu buraxmamalıydıq. Fikrimcə, oyun bərabərə bitməli idi”.
|