İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının XIX turunun “Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” klubunun azarkeşləri hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə olunur (maddə 41.7);
“Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunur (maddə 51.1);
XIX turun “Kəpəz”-“Qəbələ” oyununda Təcili Tibbi Yardım oyuna gecikdiyinə görə meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 59.4);
“Kəpəz”-“Qəbələ” oyunundan əvvəl polis iclasa gəlmədiyinə görə meydan sahibi klub 800 AZN cərimə olunur (maddə 62.1).
|