İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərar qəbul edilib:
Danışılmış oyunlarda iştirakına görə Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbolçuları 29.03.1990-cı il təvəllüdlü Əliyev Fərmayıl Nəriman oğlu və 22.09.1991-ci il təvəllüdlü Mehtiyev Emin Natiq oğlu ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 80.2).
Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.
|