Topaz Premyer Liqasının XIV turunda “Simurq” Zaqatalada “İnter”ə
1:0 hesabı ilə qalib gələrək yenidən turnir cədvəlində liderliyi ələ keçirdi.
Roman Cəfərov, “İnter” klubunun məşqçisi: “Komandamın
oyunundan razı qaldım. Futbolçular yaxşı oynadı. İki oyunçumuz zədələndiyi üçün
məcburi dəyişiklik etdim. Ona görə də oyunumuz tam alınmadı. “Simurq” yaxşı
komandadır, qələbəyə layiq oyun nümayiş etdirdilər”.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Komandamın
əzmkarlığından razı qaldım. Üç xal qazanmaq istəyirdik, buna nail olduq. Növbəti
oyunların hamısında yaxşı çıxış etməliyik ki, altılqda yerimizi təmin edə bilək”.
|