![](uploads/39792IMG_20221230_182839.jpg) Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla bir qrup şəxsə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilib. Fəxri ad alanlardan biri də Peşəkar Futbol Liqasının prezidentinin müşaviri Məlik Həsənovdur. Peşəkar Futbol Liqasının rəhbərliyi və kollektivi adından Məlik Həsənovu ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!
|