![](uploads/33243sssss.jpg) “Sumqayıt” Misli Premyer Liqasının XVIII turunda “Sabah”ı qəbul edib. Öz meydanında 0:6 hesabı ilə uduzan Samir Abasovun yetirmələri klub tarixinin antirekordunu təkrarlayıb.
Bu, klub tarixinin Premyer Liqada iki ən ağır ev məğlubiyyətlərindən biridir. “Sumqayıt”ın digər acınacaqlı nəticəsi də eyni hesabla olub.
Həmin matç 2018/19 mövsümünə təsadüf edib. 2019-cu il aprelin 1-də “Qarabağ” Sumqayıtda 6 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, “Sabah”ın vurduğu 3-cü qol “Sumqayıt”ın Premyer Liqada buraxdığı 500-cü top olub. 346-cı matçda bu rəqəmə çatan “Gənclik şəhəri” təmsilçisi bu qədər qol buraxan 8-ci komandadır.
|