Topaz Premyer Liqasının XIV turunda Gəncəyə səfər edən “Xəzər
Lənkəran” yerli “Kəpəz”lə oyunda minimal hesablı qələbə qazandı – 1:0.
Karles Bakes, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Komandamın
oyunu xoşuma gəldi. İlk dəqiqələrdən oyunu ələ almağa çalışdıq, 11 metrlik cərimə
zərbəsi qazandıq, qol vurduq və oyunun sonuna kimi hesabı qoruya bildik. Komandam
oynamaq və əzmkarlıq göstərmək istəyirdi. “Xəzər Lənkəran” azarkeşlərini və
komandamı qələbə münasibəti ilə təbrik edirəm”.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Komandamın
oyunu heç xoşuma gəlmədi. Həmişəki kimi qapıçımızın səhvindən sonra qapımıza 11
metrlik cərimə zərbəsi təyin olundu. Əsasən gənc futbolçulara üstünlük verdim. Premyer
Liqada oynayan oyunçular bilməlidilər ki, burada güzəşt yoxdur. Futbolçular
vuruşmalı və özlərini göstərməlidirlər. Komandam axırıncı yerdədir, ev oyununda heç məğlub olmaq istəməzdim. İlk
hissədə yaxşı oynamadıq, 2-ci hissədə isə futbolçular çalışdılar, qol
epizodları yaratdılar, təəssüf ki, istifadə edə bilmədik”.
|