![](uploads/98040pflLogo.png) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının XVII turunun “Kəpəz” – “Sabah” oyununda “Sabah” komandasının 29 nömrəli oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunsun, 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılsın, klub 3200 manat cərimə edilsin (maddə 37.3)
“Sabah” komandasının qapıçılar üzrə məşqçisi Vitaliy Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 800 manat cərimə edilsin (maddə 47.3)
“Turan Tovuz” – “Neftçi” oyununda “Neftçi” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39.).
I Divizionun XV turunun “İmişli” – “Turan Tovuz-2” oyununda “İmişli” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).
“İmişli” – “Turan Tovuz-2” oyununda meydana kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilsin. (maddə 49.2)
“Şamaxı-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).
“Səbail-2” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 57 nömrəli oyunçusu Sahil Həsənov oyunun 90+2-ci dəqiqəsində bir oyunda ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın, klub 20 manat cərimə edilsin ( maddə 47.2.).
“Zaqatala” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).
|