“İnter”
klubunun baş məşqçisi və məşqçisinin 23 noyabr 2012-ci il tarixində AFFA tərəfindən
təşkil olunan A kateqoriyalı məşqçi kurslarında iştirak edəcəyini və “Simurq”
klubunun razılıq məktubunu nəzərə alaraq əvəzedici heyətlərin 14-cü turunun “Simurq”
– “İnter” oyunu 23 noyabr tarixindən 22 noyabr 2012-ci il tarixinə keçirilib.
“Kəpəz”
və “Tərəqqi” klublarının ev oyunlarını eyni stadionda keçirdiyini və ölkə
kubokunun 1/8 final görüşlərinin 28 noyabr 2012-ci il tarixində keçiriləcəyini
nəzərə alaraq Topaz Premyer Liqasının 14-cü turunun “Qarabağ” – “Turan” oyunu
25 noyabrdan 24 noyabr 2012-ci il tarixinə keçirilib.
Həmçinin
“Tərəqqi” klubunun müraciəti əsasında və “Neftçi” klubunun razılıq məktubunu nəzərə
alaraq ölkə kubokunun 1/8 final mərhələsinin “Tərəqqi” – “Neftçi” oyunu 28
noyabr 2012-ci il tarixdə Bakıda keçiriləcək.
“Şahdağ”
klubunun müraciətini və “Göyəzən” klubunun razılıq məktubunu nəzərə alaraq I
Divizionunun 13-cü turunun “Şahdağ” – “Göyəzən” oyunu 16 dekabr 2012-ci il
tarixindən 30 noyabr 2012-ci il tarixinə keçirilib.
|