Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” – “Simurq”
matçının 62-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov hakimin
qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq
cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).
Topaz Premyer Liqasının XIII turunun “Qəbələ” – “Kəpəz”
matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici
heyətlərinin XIII turunun “Neftçi” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40).
Əvəzedici
heyətlərinin XIII turunun “Bakı” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun
4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40).
Əvəzedici
heyətlərinin XIII turunun “Rəvan” – AZAL matçının 71-ci dəqiqəsində AZAL
klubunun 88 №-li futbolçusu Yasin Abbasov hakimi təhqir etdiyinə görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır,
klub 2000 manat cərimə olunur (maddə 42.3).
Əvəzedici
heyətlərinin XIII turunun “Qəbələ” – “Kəpəz” matçında “Qəbələ” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40).
Azərbaycan I Divizionunun X turunun “Neftçala” – “Tərəqqi”
matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar
100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun X turunun “Şuşa” – MOİK matçında
MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə
olunur (maddə 40).
Oyunun 34-cü dəqiqəsində “Şuşa” klubunun 8 №-li futbolçusu
Bayram Kərimovla MOİK klubunun 17№-li futbolçusu Şahin Xasaylı bir-birini təhqir
etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün
hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə
42.1).
Azərbaycan I Divizionunun X turunun “Göyəzən” – “Lokomotiv”
matçının 68-ci dəqiqəsində “Lokomotiv” klubunun 85 №-li futbolçusu Çingiz
Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionunun X turunun “Şəmkir” – “Bakılı”
matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
100 manat cərimə olunur (maddə 40).