Topaz
Premyer Liqasının 13-cü turunda “Qəbələ” doğma meydanda “Kəpəz”i 2-0 hesabı ilə
məğlub edərək turnir cədvəlində 4-cü pilləyə yüksəldi.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Bugünkü oyunda ən azı bir xal
qazanacağımızı düşünürdük. Komanda əlindən gələni etdi, buna baxmayaraq məğlub olduq”.
Badri
Kvaratsxeliya, “Qəbələ” klubunun məşqçisi: “”Kəpəz”lə oyunun çətin keçəcəyini
bilirdik. Mahmud Qurbanov komandanın baş məşqçisidir, komanda yaxşı mübarizə
aparır. Futbolçular verdiyimiz taktiki tapşırıqları düzgün yerinə yetirdilər.
Lakin hesab 2-0 olandan sonra komanda rahatlaşdı. Qarşıdakı oyunlarda bunun üzərində
işləyəcəyik”.
|